Xəzər Universitetində seminar: Türk dialektlərində sağır nun varlığı

Xəzər Universitetində seminar: Türk dialektlərində sağır nun varlığı Xəzər Universitetində dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Türk dialektlərində sağır nun varlığı” mövzusunda seminar keçirilib.
Tədbirdə departamentin müdiri, filologiya üzrə fəlsəfə doktoru Dilbər Zeynalovanın mövzu üzrə mühazirəsi dinlənilib. Məruzəçi türk ədəbi dilləri və dialektləri, habelə təsnifatda yer alan bəzi məsələlər haqqında danışıb.
Seminarda filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanlı “sağır nun” səsinin müasir vəziyyəti ilə bağlı ətraflı məlumat verib. Bu səsin Türkiyə türkcəsi dialektlərində hazırkı vəziyyətini geniş şəkildə təsvir edib.
Sonda məruzəçi iştirakçıların mülahizələrini dinləyib, suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər