
Forumun açılış panelində Qazaxıstanın Təhsil və Elm naziri Aşat Aytmaqambetov, Monqolustanın ilk Prezidenti Oçirbat Puntsalmaagiyin, Qırğızıstan parlamentinin ilk sədri Medetxan Şerimkulov, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və UNESKO-nun Türkiyə Milli Komissiyasının rəhbəri Oğuz Öcal çıxış edərək tədbirin önəmindən danışıblar.
Forumda AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov “Böyük Azərbaycan şairi Səməd Vurğun və qazax ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Tehsil-press.az