
Xilasedicilər dağıntılar altından ümumilikdə 6 meyit çıxardıblar. Onlardan biri uşaqdır.
Fövqəladə Hallar Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsinin əməkdaşı bildirib ki, 30 nəfərin taleyi hələ də naməlumdur. Hazırda onların yeri müəyyənləşdirilir.
Təqribən 900 nəfərin, 217 ədəd texnikanın cəlb olunduğu xilasetmə işləri davam edir.
Rusiya Federasiyasının İstintaq Komitəsi partlayışın qaz sızması səbəbindən baş verməsini əsas versiya kimi qiymətləndirir.
Tehsil-press.az