Xilasedicilər Bakıda küləyin fəsadlarını aradan qaldırıb

Xilasedicilər Bakıda küləyin fəsadlarını aradan qaldırıb Bakı şəhərində müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.
Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda, binanın damında su çəninin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər su çənini yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər