Bakıdakı güclü yanğında 40 nəfər təxliyə olundu - Yenilənib

Bakıdakı güclü yanğında 40 nəfər təxliyə olundu - Yenilənib Fövqəladə Hallar Nazirliyi Bakıda biznes mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda “AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur.
Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir.
***
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər