
Konfrans Xəzər Universiteti, İstanbul Aydın Universiteti, İstanbul Texniki Universiteti, Çin Elmlər Akademiyası, UNESCO və Avrasiya Universitetləri Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Beynəlxalq konfransda Cəvahir Rəcəbli və Gülgəz Nağıyeva “Suyun və yerin üst qatının neft və neft məhsullarından təmizlənməsinin ekoloji problemləri”, Aysel Məmmədova “Azərbaycanda təbii ehtiyatların ətraf mühitə təsirləri”, Gülnarə Əlizadə “Bahar palçıq vulkanında püskürmə məhsulları və torpağın ekoloji-geokimyəvi xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.
İştirakçıların çıxışlarının hazırlanmasına institutun geoekologiya şöbəsinin müdiri Fəxrəddin Kərimov rəhbərlik edib.
Tehsil-press.az