Qlobal vətəndaşlığa hazırlıq

Qlobal vətəndaşlığa hazırlıq Dünyanın ən beynəlmiləl universitetləri yeni hədəfə doğru
Müasir dövrün reallıqlarından biri ali təhsilin daha geniş coğrafiyalardan olan tələbələr üçün əlverişli imkanlar yaratmasıdır. Elmin qapıları oxuyanlar üçün hər yerdə açıqdır fəlsəfəsinə uyğun olaraq müasir dövrdə universitetlər öz təbiətlərinə görə qlobal qurumlar kimi çıxış edir. Bir qayda olaraq, onlar dünyanın hər yerindən olan tələbə və elm adamlarının toplaşdıqları məkandır və dövrümüzün bir sıra aktual problemlərini elmi araşdırmalar yolu ilə həll edirlər.
Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının 2020-ci il üzrə tərtib etdiyi dünyanın ən beynəlmiləl universitetlərinin reytinqi də ilk dəfə olaraq bu prizmadan çıxış edərək qlobal vətəndaşın hazırlanması hədəfini qabardır.
THE-nin yeni reytinqinin arayışına əsasən tədqiqatlar göstərir ki, beynəlmiləl universitetlərin müxtəlif tələbə icmaları tədris və öyrənmə təcrübələrini inkişaf etdirir, tələbələri qlobal vətəndaş olmağa daha yaxşı hazırlaşdırır. Bütün bu qurumlarda çox sayda beynəlxalq tələbə və işçi cəmlənib, dünyanın hər yerindən olan elm adamları ilə araşdırma aparılır və uyğunlaşmaq üçün güclü bir qlobal nüfuza malikdir.
Reytinqə əsasən, dünyanın ən yaxşı 5 beynəlmiləl universiteti aşağıdakılardır:
1. Honkonq şəhər Universiteti -dövlət tədqiqat universitetidir. Honkonq şəhər Politexnikumu kimi 1984-cü ildə yaradılıb. 1994-cü ildə tamamilə yenidən qurularaq universitet statusu alıb. 10 kolleci mövcuddur (biznes, mühəndislik, humanitar və sosial elmlər, elm, baytarlıq və biologiya, yaradıcı media, məlumatlar haqqında elm, energetika və ətraf mühit, hüquq elmi və aspirantura). Universitetin 44 ölkədə və regionda mübadilə üzrə 4000-dən çox tərəfdaşı var. 1200-dən çox tələbəsi hər il tələbə mübadilə proqramlarında iştirak edir.
2. Honkonq Universiteti - “Asiyanın qlobal universiteti” olmaq missiyasını öz üzərinə götürüb. Məqsəd 2019-cu ildə tələbələrin 50 faizinin, 2022-ci ildə isə bütün tələbələrin xaricdə mübadilə proqramından yararlana bilməsidir.
Universitetdə 20 mindən çox tələbə təhsil alır, onlardan 8 mini əcnəbidir.
Tədris ingilis dilində aparılır, təhsil beynəlxalq yönümlüdür, məqsəd onların dünyanın istənilən nöqtəsində uğurlu olmasına nail olmaqdır
3. Ecole Polytechnique Federale de Lausanne. İsveçrə dünyada ən beynəlmiləl universitetləri ilə tanınır. Ali məktəb mühəndislik elminin 13 proqramı üzrə bu sahədə xüsusilə güclü reputasiyaya malikdir, son zamanlar təbiət, həmçinin kompüter elmləri sahəsində güclü proqramları ilə məşhurlaşıb.
Tələbələrə İsveçrənin və başqa ölkələrin universitetləri ilə mübadilə proqramlarında iştirak üçün çoxsaylı imkanlar verilir. Universitet həmçinin dünyada tanınmış digər universitetlərdə təhsil alan tələbələr üçün təcrübə keçmənin əlverişli sxemini təklif edir.
4. ETH Zurich - İsveçrənin ən böyük şəhərində yerləşib. Sürix hərçənd ki, bahalı yerdir, ancaq ən təhlükəsiz həyat şəraiti ilə tanınır. Əsas dili İsveçrə almanı dilidir, amma universitet həmçinin ingilis dilində kurslar təklif edir. Bu təhsil müəssisəsində 120-dən çox ölkədən 19 mindən çox tələbə təhsil alır və Avropada ən yaxşı universitetdir.Universitet STEM predmetləri üzrə tədrisdə və elmi araşdırmalarda cəmlənib, ali məktəbin məzunlarından və müəllimlərindən 21 nəfəri Nobel mükafatına layiq görülüb. Ən məşhur məzunlarından biri Albert Eynşteyndir.
5. Honkonq Çin Universiteti - ali məktəbdə dünyanın 50-dən çox ölkəsindən tələbələr təhsil alır. Universitet 30-dan çox ölkədə və regionda 270-dən çox müəssisə ilə əməkdaşlıq edir. Təxminən 6 min tələbəsi xaricdə təhsil proqramlarında iştirak edir və ya təcrübə keçir.

Tehsil-press.az



Oxşar xəbərlər