
Tədbirdə 3, 5, 14, 17, 25, 26 saylı orta məktəblərin və İdrak liseyinin şagirdlərindən ibarət 7 komanda yarışıb.
Şagirdlərə Azərbaycan incəsənətini, mədəniyyətini özündə əks etdirən 30 sual verilib. 3 turdan ibarət olan yarışın nəticələrinə görə İdrak liseyinin komandası I yerə, 5 saylı orta məktəbin komandası II yerə, 3 saylı orta məktəbin komandası III yerə layiq görülüblər. Qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tehsil-press.az