Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “Beynəlxalq Ana Dili Günü” ilə bağlı silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “Beynəlxalq Ana Dili Günü” ilə bağlı silsilə tədbirlər keçirilib Sumqayıt şəhər Gənclər Evində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və S.Vurğun adına Mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə “21 fevral – Beynəlxalq Ana dili günü”nə həsr olunmuş bilik yarışması keçirilib. Tədbirdə şəhərin müxtəlif sahələrini təmsil edən gənclərdən ibarət 10 komanda olmaqla, ümumilikdə 50 iştirakçı öz bilik və bacarıqlarını sınayıb. Gərgin və maraqlı şəraitdə keçən bilik yarışmasının sonunda I yerə 1 saylı Peşə Liseyinin “Zəfəran”, II və III yerlərə isə 16 saylı tam orta məktəbin “Hünər” və “Ulduz” adlı komandaları layiq görülüb. Sonda qalib komadalara Baş İdarənin fəxri fərman, medal və hədiyyələri təqdim edilib.
Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunda dəyirmi masa təşkil edilib. Klubun özfəaliyyət kollektivinin üzvü Zəminə Məmmədova tədbiri açaraq mövzu ilə əlaqədar geniş məlumat verib. Daha sonra dəyirmi masa ətrafında çıxışlar, mövzu ilə əlaqədar gənc dərnək üzvlərinin fikirləri dinlənilib. Sonda Həcər Səfərli, Rövşanə Həsənovanın ifasında Azərbaycan şairlərinin ana dilinə həsr olunmuş şerlər səslənib.
Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubun kollektivi 34 saylı tam orta məktəbində “Dilimiz varlığımızdır” adlı seir dəqiqələri keçirib. Əvvəlcə böyük kitabxanaçı Bəturə Lazımova “21 fevral – Beynəlxalq Ana Dili günü”nün təsis olunması haqqında geniş məlumat verib. Sonra oxucular Nərgiz Tahirli, Selcan Məşədiyeva, Günel Alıyeva, Almaz Osmanova, Fatimə Hüseynli, Nərmin Əminova, Fəridə Arzumanova, Nuray Rzayeva, Nəzrin Əkbərli ana dilinə həsr olunmuş şeirlər ifa ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “Beynəlxalq Ana Dili Günü” ilə bağlı silsilə tədbirlər keçirilib


Oxşar xəbərlər