
Ali məktəbin hər iki tədris korpusu virus əleyhinə dezinfeksiya edilib, sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb.
Eyni zamanda, ali məktəbdə SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən maarifləndirici təlim keçirilib.
BANM-in professor-müəllim heyətinin və əməkdaşlarının iştirak etdiyi tədbir maarifləndirilmə məqsədi daşıyıb.
Tədbirdə xəstəliyin tarixi, onun simptomları və yayılmasının qarşısının alınması yolları, xüsusən tələbələr arasında bu xəstəliyin proflaktikası məqsədilə sanitariya-maarifləndirmə işinin həyata keçirilməsi və qarşıda duran vəzifələr barədə geniş məlumat verilib.
Bildirilib ki, virusun insandan-insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxanların sayında kəskin artım müşahidə olunur. İmmuniteti zəif olan insanlar virusa daha tez yoluxur. Başağrısı, hərarət, öskürmək, asqırmaq, iştahasızlıq, mədə-bağırsaq sisteminin pozulması kimi hallara rast gəlinirsə, dərhal həkimə müraciət edilmədir. Mütəxəssislər profilaktik tədbir olaraq əlləri vaxtaşırı yumağı, spirtlə təmizləməyi, ət məhsullarını tam bişirməyi, immuniteti gücləndirməyi, C vitamini qəbul etməyi tövsiyə ediblər.
Daha sonra tədbirdə koronavirusla bağlı suallar cavablandırılıb, təkliflər dinlənilib.
Tehsil-press.az