OPEK+ ölkələri Vyanada neftin qiymətinin ucuzlaşmasına dair tədbirləri müzakirə edəcək

OPEK+ ölkələri Vyanada neftin qiymətinin ucuzlaşmasına dair tədbirləri müzakirə edəcək OPEK+ ölkələrinin nazirləri koronavirusun yayılması ilə bağlı sağlamlıq risklərinə baxmayaraq, 4-6 mart tarixlərində Vyanada toplaşacaqlar.
Tehsil-press.az-ın məlumatına görə, məqsəd neft ixracatçılarının neftin bir barelinin qiymətinin 60 dollara qaytarılması üçün hasilatı nə dərəcədə azaltmaq lazım olduğunu həll etməkdir.
Danışıqlar koronavirusla mübarizə aparan Vyanada ciddi şəkildə təhlükəsizlik tədbirləri şəraitində aparılacaq.
OPEK Konfransının prezidenti, Əlcəzairin energetika naziri Məhəmməd Ərkab qarşıdakı iclası şərh edərkən bildirib ki, OPEK+ ölkələri "neftin qiymətinin ucuzlaşmasına qarşı tədbir görməyə çalışacaqlar".

Tehsil-press.az

Oxşar xəbərlər