
"Vikipediya” Metodik Mərkəzinin təlimçisi Rəcəb Həsənbəyov tələbələr üçün təlimlər keçib. Könüllülər “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində Azərbaycanın maddi-mədəni abidələri, tarixi, coğrafiyası, ədəbiyyatı və sair mövzular ətrafında məqalələr yaradılmasını və boşluqların aradan qaldırılmasını diqqətdə saxlayacaqlar. Yaradılmış “Vikipediya” qrupunun fəaliyyətinə filialın direktoru, dosent Yusif Alıyev tərəfindən ciddi nəzarət olunur.
Xatırladaq ki, 2019-cu il noyabrın 29-da MEK ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Təlimlər memoranduma əsasən təşkil olunur.
Tehsil-press.az