
Könüllülər tərəfindən “Vikipediya”da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) haqqında məqalə əsaslı şəkildə redaktə olunub. Məqalədə Təhsil Nazirliyinin tabeliyində olan idarənin yaradılması, tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verilir.
Bildirilir ki, ölkə rəhbərinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2006-cı il 31 mart tarixli müvafiq Sərəncamına əsasən Bakı şəhərinin təhsil şöbələri ləğv edilib. Sərəncamın icrası məqsədilə Nazirlər Kabineti 2006-ci il iyulun 28-də qərar qəbul edib. Qərara əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb.
BŞTİ-nin Mətbuat Xidməti