
Beynəlxalq konfransda Cəvahir Rəcəbli “Qalmaz sahəsində kollektorların çöküntü toplanma xüsusiyyətləri və eyniadlı qaz anbarının hermetikliyinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Aysel Məmmədova “Cənubi Xəzər çökəkliyinin şimali-qərb hissəsinin Mezokaynozoy çöküntülərinin kollektor xüsusiyyətləri”, Gülnarə Əlizadə “Palçıq vulkanizmi və karbohidrogenlərin miqrasiyası”, Pünhan Səmədli “Xərə-Zirə yatağının geoloji quruluşu və petrofiziki üsullarla neft-qaz kollektorluğunun proqnozlaşdırılması” haqqında danışıb.
Nurlana Quliyevanın “Xızı neftli-qazlı rayonunda Mezozoy çöküntülərinin neft-qaz perspektivliyi”, İsmayıl İsmayılovun “Pirallahı neft yatağının məhsuldar qat çöküntülərinin geoloji və petrofiziki xüsusiyyətləri”, Zülfüqar Ağayevin “Şamaxı-Qobustan neftli-qazlı rayonunun geoloji quruluşunun xüsusiyyətləri” mövzusunda məruzələri dinlənilib.
Tehsil-press.az