
Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə Nazirlər kabinetinin koronavirusla mübarizə üzrə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
İ.Kalın bildirib: "Martın 16-dan etibarən bütün orta məktəblərdə planlaşdırılmamış tətil elan ediləcəyi və 23 Martdan etibarən şagirdlərin uzaqdan təhsil alacağı qərara alınıb. Martın 16-dan universitetlər üç həftəlik bağlanacaq".
O əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus ilə əlaqədar yaranan xarici səfərləri təxirə salacaq.
Tehsil-press.az