Karantindən qaçmaq istəyən argentinalı mühafizəçini döydü

Karantindən qaçmaq istəyən argentinalı mühafizəçini döydü Argentinada kişi ABŞ-dan qayıtdıqdan sonra karantini tərk etmək istəyib. Olivos şəhərindən olan şəxs izolyasiya şərtlərinə əməl etməyib və ona mane olmaq istəyən mühafizəçiyə hücum edib.
Hadisənin videogörüntüsünü “Ruptly” yayımlayıb. Kadrlardan da görünür ki, karantindən qaçmağa cəhd edən argentinalı onu oradan çıxmağa qoymayan mühafizə əməkdaşını yumruqlayıb.
İnsident martın 14-də baş verib. Zərərçəkən xəstəxanaya yerləşdirilib, cinayətkar isə ev dustağı edilib.
Argentinalı mühafizəçini döydüyünə və karantindən qaçmağa cəhd etdiyinə görə hakim qarşısına çıxarılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər