Azərbaycan İlahiyyat İnstitutunda videodərslərə start verir

Azərbaycan İlahiyyat İnstitutunda videodərslərə start verir Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesinin təxirə salındığını nəzərə alaraq Azərbaycan İlahiyyat İnstitutunda videodərslərə start verilir.
Tələbələr tədris prosesindən kənar qalmamaq üçün ali təhsil müəssisəsinin rəsmi “facebook” səhifəsində (https://www.facebook.com/ilahiyyatinstitutu/) yayımlanacaq dərsləri izləyə bilərlər. Dərslər bütün kursları əhatə edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər