UNEC əməkdaşının koronavirus haqqında karikaturası dünyanın ən yaxşı top onluğunda

UNEC əməkdaşının koronavirus haqqında karikaturası dünyanın ən yaxşı top onluğunda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq və kommunikasiya departamentinin əməkdaşı Seyran Cəfərlinin çəkdiyi karikatura məşhur Niderland saytı “Cartoon Movement”də top onluğa daxil edilib.
Seyran Cəfərlinin əsəri dünyanın bir çox ölkəsinin rəssamlarının əsərləri arasında 10 ən yaxşı karikaturadan biri seçilib. O, karikaturada koronavirus pandemiyasının dünyaya təsirini əks etdirib.
Qeyd edək ki, “Cartoon Movement” saytı dünyada baş verən siyasi və sosial proseslərə həsr olunan karikaturaları yayınlamaqla yanaşı, dünya mediasını karikatura ilə təmin edir.

Tehsil-press.az

Oxşar xəbərlər