UNEC Slovakiya universiteti ilə əməkdaşlığı genişləndirir

UNEC Slovakiya universiteti ilə əməkdaşlığı genişləndirir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları “Erasmus+” proqramı çərçivəsində Slovakiyanın Pan European Universitetinin infrastrukturu və tədris prosesinin təşkili ilə tanış olublar.
Onlar Pan European Universitetinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Slavomir Rudenko ilə görüşüblər. Görüşdə UNEC-in beynəlxalq əlaqələri və bu istiqamətdə əldə olunan uğurlardan bəhs olunub, hər ki universitet arasında “Erasmus+” proqramının KA1 və KA2 istiqamətləri üzrə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi müzakirə edilib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər