UNEC internet resursları üzrə ölkənin ən populyar ali məktəbi seçilib

UNEC internet resursları üzrə ölkənin ən populyar ali məktəbi seçilib Dünya universitetlərinin veb populyarlığını müəyyənləşdirən “uniRank” reytinqinin 2017-ci ilin son nəticələrinə görə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) birinci olub.
Reytinq qiymətləndirilməsinə əsasən, universitet internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib.
Reytinqdə UNEC-in tarixi, tələbə və müəllim sayı, təqdim olunan təhsil, kitabxana, idman, mübadilə imkanları, həmçinin qəbul olunma faizi və s. barədə məlumat da əks olunub. Qiymətləndirmədə əsas meyarlardan biri veb-saytın zənginliyi və daha çox istifadəçiyə çatdırılmasıdır.
Qeyd edək ki, UNEC dünya üzrə reytinqə cəlb olunan 12.358 universitet və kollec arasında 3318-ci olub. Siyahıya Massaçusets Texnologiya İnstitutu liderlik edir.
Reytinqlə bağlı ətraflı məlumatla www.4icu.org/reviews/180.htm keçidindən tanış olmaq mümkündür.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər