Memarlıq və İnşaat Universitetində distant dərslərə bütün fakültələr üzrə bakalavrlar cəlb olunub

Memarlıq və İnşaat Universitetində distant dərslərə bütün fakültələr üzrə bakalavrlar cəlb olunub Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığı nəzərə alınaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsilin davamlılığının təmin edilməsi məqsədilə bütün dərslər distant tədris olunur.
“Zoom call” proqramı ilə tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb edilib. Dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır. Bu günə qədər distant dərslərdə 5000 tələbə iştirak edib. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur.

Tehsil-press.az

Oxşar xəbərlər