Fransada 7,7 mindən çox insan virusa yoluxub
Fransada 7,7 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. Bunu ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon açıqlayıb.
Onun sözlərinə görə, indiyədək 7730 yoluxma halı təsdiqini tapıb, 175 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.
Tehsil-press.az
- Baxış: 4530
Xəbərin tarixi: 18.03.2020 / 08:00
-
Oxşar xəbərlər