Bakı Slavyan Universitetində sərgi: dünya psixoloqun gözü ilə

Bakı Slavyan Universitetində sərgi: dünya psixoloqun gözü ilə Bakı Slavyan Universitetində (BSU) Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Sosial-psixoloji xidmət” mərkəzi tərəfindən “Dünya psixoloqun gözü ilə” adlı sərgi keçirilib.
Sərgidə Pedaqoji fakültənin təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələri - Həmidə Ağabalayeva, Nərminə Babayeva, Səbinə Əkbərova və Xeyrənsə Məmmədovanın rəsmləri nümayiş olunub.
Həmçinin tələbələrin iştirakı ilə pantomim tamaşası göstərilib. Tələbələrdən Nurlana Pançulidze, Lalə Əliabbasova, Hüseyn Bağırov və Mələk Məmmədova depressiya və müəyyən psixi problemlər zamanı insanların düşdüyü vəziyyəti canlandırıblar.
Tədbirin sonunda iştirakçılara tələbələr tərəfindən maarifləndirici bukletlər paylanılıb.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər