Koronavirusdan sağalan həkimlərin dərisinin rəngi dəyişdi

Koronavirusdan sağalan həkimlərin dərisinin rəngi dəyişdi Çinin Uhan şəhərində koronavirusa yoluxan və 2 aylıq müalicədən sonra xəstəliyə qalib gələn kardioloq Yi Fanla uroloq Hu Veifenqin dəri rənginin dəyişməsi dünya mediasının gündəminə çevrilib.
Çinli alimlər həkimlərin dərisinin qaralmasını virusun qaraciyəri zədələməsi ilə əlaqələndiriblər. Fan və Veifenq yanvarın 18-də koronavirusa yoluxub. Veifenq mediaya açıqlamasında “şüurum özünə qayıdanda tez-tez qarabasmalar görürdüm” deyib.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis Sonq Jianxin həkimlərin qaraciyərində yığılmalı olan dəmirin orqanlar düzgün işləmədiyi üçün damarlara toplandığını və bu səbəbdən dəri rənglərinin qaraldığını bildirib. Hazırda onların dəri rənginin zamanla normal hala qayıtması gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər