Koronavirusa qalib gələn ilk ölkə məlum oldu

Koronavirusa qalib gələn ilk ölkə məlum oldu Qrenlandiya koronavirusa qalib gələn ilk ölkə olub. Bu barədə “Worldometers.info” saytında məlumat verilib.
Belə ki, ölkədə COVID-19-a yoluxan 11 nəfərin hamısı sağalıb, ölən yoxdur.
Aprelin 14-dən adada koronavirusa yoluxma halı qeydə alınmayıb.
Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb. Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib.

Tehsil-press.az

Oxşar xəbərlər