Folklor İnstitutu əməkdaşlarının elmi-tədqiqat işləri barədə müzakirələr aparılıb

Folklor İnstitutu əməkdaşlarının elmi-tədqiqat işləri barədə müzakirələr aparılıb AMEA Folklor İnstitutu “Dədə Qorqud” şöbəsinin onlayn elmi-nəzəri seminarı keçirilib.
Seminarda “Uşaq folklorunun toplanması və sistemləşdirilməsi problemləri”, “Rəvayət mətnlərində möcüzəli doğuluş motivlərinin təsviri” mövzularında məruzələr dinlənilib və müzakirə aparılıb.
Diqqətə çatdırılıb ki, mayın 7-də Türkiyənin Daxili İşlər və Mədəniyyət nazirliklərinin dəstəyi ilə İSKAD təşkilatının keçirəcəyi “Beynəlxalq elmi məruzələr söyləmə silsiləsində” adlı onlayn tədbirdə AMEA Folklor İnstitutu “Dədə Qorqud” şöbəsinin müdiri Ramazan Qafarlı “Türk dastanlarının dünya mədəniyyətində rolu və yeri” mövzusunda məruzə ilə çıxış edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər