BDU-da elmi seminar: “Azərbaycan folklorunda dil problemi”

BDU-da elmi seminar: “Azərbaycan folklorunda dil problemi” Bakı Dövlət Universitetində (BDU) Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə magistrantların “Azərbaycan folklorunda dil problemi” mövzusunda elmi seminarı keçirilib.
Tədbirdə kafedra müdiri, professor Səhər Orucova Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanının əhəmiyyətindən danışıb.
Professor, eyni zamanda, mövzunun aktuallığını vurğulayıb.
Elmi seminarda magistrantlar Yeganə Baxşəliyevanın “İlk toplama folklor mətnlərində dil məsələsi və yazılı ədəbiyyata təsiri”, Aygül Yelmarlının “Lətifələr və onların bədii xüsusiyyətləri”, Arzu Məmmədovanın “Epos mətnlərində dil problemi”, Əfsanə Yusiflinin “Məhəbbət dastanlarının dil xüsusiyyətləri” mövzularında çıxışları dinlənilib.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

BDU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər