Kanadada atışma olub, ölən və yaralananlar var

Kanadada atışma olub, ölən və yaralananlar var Kanadanın Alberta əyalətində yaşayış evlərindən birində atışma baş verib.
Atışma baş verən yerə polis əməkdaşları cəlb edilib. Daha sonra naməlum şəxs polis əməkdaşlarına da atəş açıb və nəticədə oradan keçən bir nəfər ağır yaralanıb.
Bildirilir ki, atəş açan şəxs hadisə yerindən qaçıb. Lakin polis əməkdaşları onu saxlamağa çalışarkən o, yenidən atəş açmağa başlayıb. Atışma nəticəsində cinayətkar güllələnib, bir polis əməkdaşı isə yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Digər təfərrüatlar barədə məlumat verilmir.

Tehsil-press.az

Oxşar xəbərlər