“Ürəklərdə yaşayan Lider” şeir müsabiqəsinin nəticələri açıqlanıb

“Ürəklərdə yaşayan Lider” şeir müsabiqəsinin nəticələri açıqlanıb Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi tərəfindən ümummilli lider Heydər Əliyevin doğum gününün 97-ci ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Lider” şeir müsabiqəsinin qalibləri müəyyən edilib.
Müsabiqədə Bakı Slavyan Universitetində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.
Onlayn keçirilən müsabiqədə tələbələr tərəfindən səsləndirilmiş 30-dan çox şeir video formasında göndərilib və onların arasından qaliblər müəyyən olunub.
Səfiyyə Mustafazadə (Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsi) birinci yerə, Arzu Muradova (Filologiya və xarici dil müəllimliyi fakültəsi) ikinci yerə layiq görülüb.
Səbinə Nəsibli (Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsi) və Nərmin Əhmədova (Pedaqoji fakültə) isə üçüncü yeri bölüşüblər.
Qaliblər onlayn formada sertifikatlarla təltif olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər