Emin Ağalarov xanımından ayrıldı

Emin Ağalarov xanımından ayrıldı Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovadan ayrılıb.
O, bu barədə şəxsi instaqram hesabında payaşım edib.
“Bu, həyatımızda, həqiqətən xoşbəxt bir gün idi! Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Birlikdə yaşadığımız hər gün və gözəl qızımız Afinaya görə sənə səmimi qəlbdən minnətdaram! Sən inanılmaz dərəcədə mehriban, xüsusi insansan. Həyatımızda növbəti vacib mərhələ, əlbəttə, övladımızın tərbiyəsidir və biz buna nail olacağıq. Biz birlikdə çox yol qət etdik və sənə ömrüm boyu böyük hörmətim, minnətdarlıq hissim olacaq”, - deyə Ağalarov qeyd edib.
Alyona Qavrilova da ayrılığına münasibət bildirib. O, bu barədə instaqram hesabında qeyd edib: "Mənə özümə gəlməyə vaxt verin. Mənim üçün çox ağırdır. Bu gün də anamın ad günüdür. Anlayışınız üçün təşəkkür edirəm".
Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə 2018-ci ilin iyul ayında ailə qurmuşdu.

Emin Ağalarov xanımından ayrıldı

Tehsil-press.az

Oxşar xəbərlər