Memarlıq və İnşaat Universitetində vebinar: İş yerlərində risklər və onların idarə olunması

Memarlıq və İnşaat Universitetində vebinar: İş yerlərində risklər və onların idarə olunması Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat–texnologiya fakültəsi və Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının təşkilatçılığı ilə “İş yerlərində risklər və onların idarə olunması” mövzusunda vebinar keçirilib.
Vebinarda qonaq qismində SOCAR-ın Nəqliyyat idarəsinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə böyük mühəndisi Cavid Qafarov və “Azərsu” ASC-nin Sukanal ETLİ-nin böyük elmi işçisi Məmməd Hüseynzadə mövzu üzrə çıxış edib, tələbələrin suallarını cavablandırıblar. Ümumilikdə 100-dən çox tələbə könüllü olaraq vebinarda iştirak edib.
Qeyd edək ki, hər iki qonaq AzMİU-nun 2007-ci il məzunudur.

Tehsil-press.az

Oxşar xəbərlər