
Universitetin 20 tələbəsi İstanbul Su və Kanalizasiya İdarəsinin əldə etdiyi təcrübə ilə tanış olaraq yeni bilik və bacarıqlara yiyələnib, nəzəri biliklərini təcrübədə daha da möhkəmləndiriblər.
Təcrübə müddətində azərbaycanlı tələbələrin yeni hava limanının inşaat meydanında, Yavuz Sultan Səlim körpüsündə texniki araşdırma gəzintiləri təşkil edilib.
Bundan başqa, AzMİU-nun tələbələri İstanbulun tarixini və bu gününü əks etdirən memarlıq abidələri ilə tanış olublar.
Sonda tələbələrimizə sertifikat və hədiyyələr verilib.
AzMİU-nun Mətbuat Xidməti

