Virusa qarşı mübarizədə hansı dövlətlər aparıcı rol oynayır?

Virusa qarşı mübarizədə hansı dövlətlər aparıcı rol oynayır? “Əsasən 4 ölkədə - Hindistan, Braziliya, Rusiya və ABŞ-da koronavirusa yoluxma daha çoxdur. Bu ölkələr virusa qarşı mübarizədə aparıcı rol oynayırlar”.
Bu barədə REAL TV-yə müsahibəsində ÜST-ün Covid-19 üzrə baş sözçüsü Tarik Jasareviç bildirib:
“Virusa qarşı sərt tədbirlərin görüldüyü ölkələrdə - xüsusilə karantin rejimi, yoluxmanın sürətinin azaltma cəhdləri müsbət nəticələrini verir. Ehtiyatı əldən vermək olmaz. Çünki karantindən çıxan bir neçə ölkədə yoluxmanın yenidən artması hallarını görürük. Səhiyyə sistemləri yoluxma hallarını aşkarlayıb virus daşıyıcılarını və onlarla təmasda olanları təcrid etməli və müalicə etməlidir. Virusun harada olduğunu bilmək lazımdır.
Cənubi Amerikada yoluxma daha intensivdir. Çünki bu region pandemiya dövrünə sonradan daxil olub. Təəssüf ki, Rusiyada da yoluxma halları artıb. Hindistan və Mərkəzi Amerikada da vəziyyət eynidir. Bütün ölkələr profilaktik tədbirləri qüvvədə saxlamalıdır. Əhali də təlimatlara riayət etməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər