Ermənistanda bir həftəyə 4 minə yaxın yoluxma

Ermənistanda bir həftəyə 4 minə yaxın yoluxma Ermənistanda koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Son 1 həftə ərzində (10-17 iyun) ölkədə 4 minə yaxın şəxsdə koronavirus aşkarlanıb.
Əgər iyunun 10-da xəstələnənlərin sayı 14 103 idisə, iyunun 17-də bu rəqəm 18 033-ə çatıb.
Bundan əlavə, 7 gün əvvəl koronavirusdan ölənlərin sayı 227 idisə, indi bu rəqəm 302-dir. Bu isə 7 gün ərzində 75 yeni ölüm halı deməkdir.
Ermənistanda yoluxma hallarının sayının yüksək olması səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb.

Tehsil-press.az

Oxşar xəbərlər