Sumqayıt Dövlət Universitetinin Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri kimya elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, universitet nəzdində fəaliyyət göstərən FD 2.23 Dissertasiya Şurasının sədri Əkbər Ağayev Türk Dünyası Araşdırmaları İlimlər Akademisi Akademik üyesi seçilib. (Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib). Akademiyanın rəhbəri Prof. Dr. Hasan Ahmet və baş katibi Prof. Dr. Tuncay Paltanın 20 fevral 2020-ci il tarixində Ankara şəhərində imzaladıqları qərara əsasən (A/ü -110) Prof. Dr. Əkbər Əli oğlu Ağayev müvafiq diplomla və Türk Dünyası Elminin tərəqqisində göstərdiyi xidmətlərə görə həmin Akademiyanın “Qızıl Ulduz” medalı ilə təltif olunub.
Akademiyanın məqsədlərindən əsası Türk dilli ölkələrin müxtəlif sahələrdə çalışan tanınmış alimlərinin mədəniyyət, elm, tarix, təhsil, ədəbiyyat, dil və digər istiqamətlərdə əldə etdikləri önəmli nəticələri üzə çıxarıb onları dəyərləndirmək, türk dünyasında tanıtmaq və onlar arasında işbirliyi qurulmasına yardım etməkdir.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 26 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir və qarşıya qoyduğu məqsədlərin əldə olunmasına öz töhfəsini verir.
Qeyd edək ki, professor Əkbər Ağayev ölkəmizin tanınmış kimyaçı alimi və pedaqoqudur. O, 410 elmi işin, o cümlədən 20 kitabın, 19 patent və ixtiranın müəllifidir. Onun elmi əsərlərinin 114-ü xarici ölkələrdə (ABŞ, keçmiş SSRİ, Rusiya, Türkiyə, Almaniya, Avstriya, Norveç, Polşa, Çexiya, Sloveniya, Hindistan, Pakistan, Kipr, Gürcüstan və s.) nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində nəşr olunmuşdur.
Prof. Dr. Əkbər Ağayev Türk Dünyası ölkələrinin universitetləri və kimyaçı alimlərilə uzun illərdir ki, əməkdaşlıq edir. O, 1999-cu ildə Türkiyənin Kimya Dərnəyinin üzvü seçilmiş və dəfələrlə həmin cəmiyyətin təşkil etdiyi Ulusal Kimya Konqreslərində plenar və elmi məruzələr etmişdir. 1999-cu ildə Samsunda, 2000-ci ildə Diyarbakırda, 2003-cü ildə İstanbulda, 2008-ci ildə Şimali Kipr Türk Respublikasının Mağusa şəhərində keçirilən XIII, XIV, XVII və XXII Ulusal Kimya Konqreslərini misal göstərmək olar. Onun elmi əsərləri Ərzurumdakı Atatürk Universitetində və Səlçuk Universitetində nəşr olunmuşdur. Əkbər müəllimin rəhbərliyi ilə hazırladığı 10 nəfər kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış alimlər içərisində türkiyəli Mustafa Ali oğlu Alagözoğlu da vardır (2016-cı il). O həmçinin Türkiyədən olan 4 magistranta rəhbərlik etmiş və onlar magistr elmi dərəcəsinə layiq görülmüşlər.
Əkbər müəllimi səmimi qəlbdən təbrik edir, cansağlığı arzulayır, elm və təhsildə daha yüksək nailiyyətlər əldə edəcəyinə inanırıq.
Tehsil-press.az