Azərbaycanın tanınmış yazıçı-publisisti, akademik Kamal Abdulla Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçilib.
Azərbaycan Yaradıcılıq Fondundan Tehsil-press.az-a verilən məlumata görə, akademiyanın rəyasət heyəti Kamal Abdullanın türk dünyası qarşısında müstəsna xidmətlərini, türk dilli ədəbiyyatın tədqiqi və zənginləşdirilməsi sahəsində böyük elmi-praktik fəaliyyətini nəzərə alaraq onun bu məşhur elm ocağının akademiki seçilməsi haqqında qərar qəbul edib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türk toplumlarının yaşadığı ölkələrdə türk dilini, tarixini, mədəniyyətini öyrənmək, araşdırmaq və yaymaq məqsədi ilə yaradılmış elmi qurumdur. Hazırda akademiyanın ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, İran, Rusiya, Çin və bir sıra digər ölkələrdə rəsmi təmsilçilikləri var.
Bir çox xarici dillərə tərcümə edilmiş "Yarımçıq əlyazma", "Tarixsiz gündəlik", "Sehrbazlar dərəsi", "Labirint" və digər əsərlərin müəllifi olan Kamal Abdullanın yaradıcılığı qardaş Türkiyədə də maraqla izlənilir. Onun "Kitabi Dədə Qorqud" eposu ilə bağlı araşdırmaları türk tarixçiləri və etnoqraflarının ən çox müraciət etdikləri əsərlər sırasındadır.
Tehsil-press.az