Azərbaycan Texniki Universiteti ikinci ali təhsil almaq üçün qəbul elan edib

Azərbaycan Texniki Universiteti ikinci ali təhsil almaq üçün qəbul elan edib Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti (AzTU) 2020/ 2021-ci tədris ilində ikinci ali təhsil almaq üçün qəbul elan edib.
Qəbul 30 ixtisas üzrə aparılır. Hər bir ali təhsilli vətəndaş ikinci ali ixtisas təhsili ala bilər. Əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər. 1993–cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə əlavə ixtisas təhsili almaq üçün müsabiqədə iştirak edə bilərlər. İkinci ali təhsil almaq istəyənlər AzTU-nun rəsmi saytının “Təhsil” bölməsində qeydiyyatdan keçə bilər. İkinci ali təhsil Azərbaycan dilində aparılır, ödənişlidir. Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun müqavilə əsasında ödənilir .
Sənədlər avqustun 31- dək qəbul olunur.

Tehsil-press.az

Oxşar xəbərlər