UNEC iyirmi ixtisas üzrə təkrar ali təhsil almaq imkanı yaradır

UNEC iyirmi ixtisas üzrə təkrar ali təhsil almaq imkanı yaradır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iyirmi ixtisas üzrə aparılan təkrar ali təhsil iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoliji ixtisasları da əhatə edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, təkrar ali təhsilə qəbul yalnız elektron qaydada həyata keçirilir. İxtisaslara qəbul olunmaq istəyənlər tələb edilən sənədləri elektron qaydada http://www.kabinet.unec.edu.az e-mail ünvanına göndərdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra UNEC-də təkrar ali təhsil ala bilərlər.
Sənəd qəbulu oktyabrın 20-dək davam edəcək.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər