Ali təhsil müəssisələrində orta ixtisas təhsili alanlara subbakalavr dərəcəsi veriləcək

Ali təhsil müəssisələrində orta ixtisas təhsili alanlara subbakalavr dərəcəsi veriləcək Ali təhsil müəssisələrində orta ixtisas təhsili alanlara subbakalavr ixtisas dərəcəsi veriləcək.
Bu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.
Qərarda qeyd olunur ki, ümumi orta təhsil bazasından ali təhsil müəssisələrinə orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alacaqlar. Ali təhsil müəssisələrində orta ixtisas təhsili orta ixtisas təhsili pilləsinin məzmununu və mənimsəmə qaydalarını müəyyən edən və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən təhsil proqramları (kurikulumları) üzrə həyata keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər