BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda virtual elmi konfrans keçirilib

BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda virtual elmi konfrans keçirilib Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr edilmiş “Şərq filologiyası məsələləri” mövzusunda gənc tədqiqatçıların virtual elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru Elçin Babayev Ümummili Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb. Rektor həmçinin Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə əmin-amanlığın, siyasi sabitliyin yarandığını, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüşün, Azərbaycanın dünya birliyinə inteqrasiyasının başlandığını bildirib. Ulu Öndər Heydər Əliyevin azad və müstəqil Azərbaycanın qüdrətli dövlətə çevirilməsi yolundakı xidmətlərinə diqqət çəkərək müdrik rəhbərin sayəsində qazanılmış müstəqilliyin davamlılığının təmin edilməsi, qorunub saxlanılmasında Prezident cənab İlham Əliyevin xidmətlərindən söz açıb.
Ölkəmizin inkişafında elmin təhsilin rolundan danışan rektor gənclərin elm və təhsil müstəvisində akademik fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edib. E.Babayev daim öz məzunları ilə fəxr edən BDU-nun ölkəmizdə savadlı kadr potensialının təmin edilməsində müstəsna xidmətlərindən də bəhs edib, gənc alimlərin ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.
Konfransın aktual mövzuya həsr olunduğunu bildirən rektor Şərqşünaslıq fakültəsinin professor-müəllim heyətinə təşəkkür edib, tədqiqatçılara uğurlar arzulayıb.
BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov Ulu Öndər Heydər Əliyevin tarixi siyasi xidmətləri sayəsində Azərbaycanın beynəlxalq aləmdə tanınması, respublikamızın xarici siyasətinin formalaşmasındakı əhəmiyyətli rolundan söz açıb. O, bildirib ki, Azərbaycanın xarici siyasətinin fəal istiqamətlərindən biri də Şərq ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələlərin qurulması olub. E.Əzizov Ulu Öndər Heydər Əliyevin Şərq dünyası, həmçinin İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Mərakeş, Pakistan, Malayziya, Yaponiya və başqa dövlətlərlə dostluq əlaqələrinin qurulmasını Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində saxladığını nəzərə çatdırıb. Dekan bildirib ki, ölkədə aparılan uğurlu təhsil islahatları nəticəsində Şərqşünaslıq fakültəsi də inkişaf etmiş, linqafon kabinəsi, ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilləri üzrə müasir texniki vasitələrlə təchiz edilmiş xüsusi otaqlar qurulmuş, tələbələrin tədris prosesinə cəlb edilməsi işində nailiyyətlər əldə edilmişdir.
Konfransın plenar iclasında Şərqşünaslıq fakültəsinin akademik heyəti, eləcə də magistrant və doktorantlarının elmi məruzələri maraqla qarşılanıb.
Plenar iclasda “Top və çövkən” lekseminin farsdilli klassik ədəbiyyatda təzahürü, İbri dilinin dirçəldilməsi prosesinin neologizmlərə təsiri, Urdu dili və meydana gəlməsi haqqında mülahizələr, Oğuz qrupu türk dillərində qoşmanın tədqiqi, Əbdi bəy Şirazi və onun “Leyli və Məcnun” əsəri, İ.Quanqsu və onun “Mərhəmətsiz” romanı, “Особенности деепричастия в японском языке” kimi mövzularda 60-a yaxın elmi məruzə dinlənilib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Tehsil-press.az



Oxşar xəbərlər