UNEC-in rektoru universitetin məzunlarına müraciət ünvanlayıb

UNEC-in rektoru universitetin məzunlarına müraciət ünvanlayıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi “Facebook” səhifəsindən universitetin məzunlarına müraciət ünvanlayıb.
Məzun adını qazanan tələbələri təbrik edən rektor deyib: “Universitetimiz yeni hədəflərə, yeni uğurlara doğru addımlamaqda davam edir və bu yolda bütün UNEC ailəsinin böyük zəhməti var. İnanıram ki, sərf edilən əməyin qazandırdığı uğurları gördükcə bu universitetin məzunu olmaqdan böyük fəxr hissi duyacaqsınız. Artıq həyatınızın yeni səhifəsi – fərqli dövrü başlayır. Hər uğurda universitet mühitinin, qazandığınız biliklər və bacarıqların özəl payı olduğunu heç bir zaman unutmayın, bu dəyəri qoruyun. Əminəm ki, hər biriniz böyük uğurlara imza atacaq potensiala sahibsiniz. Böyük hədəflərə gedən yolda hər birinizə müvəffəqiyyətlər diləyirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər