Ötən gün Tovuz istiqamətində döyüşdə şəhid olan polkovnik İlqar Mirzəyevin anası dəfn mərasimində jurnalistlərə açıqlama verib. Gülnarə Mirzəyeva oğlunun qeyrətli övlad olduğunu bildirib: “Qeyrətli balamsan, bir dəqiqəyə otur-dur deyirsən, bəs indi komandir də yatarmı, niyə yatırsan?! İlqarım, bağışla gedirəm. Səni tək qoymaq istəmirəm”.