ÜST-dən koronavirusla bağlı son statistika

ÜST-dən koronavirusla bağlı son statistika Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 213 637 nəfər artaraq 14 562 550-yə yüksəlib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bundan əlavə, son 24 saat ərzində daha 4 083 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 607 781-ə çatıb.
Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (7 702 075 nəfər) və Avropada (3 103 674 nəfər) qeydə alınıb.
Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər