Peruda rekord ardınca rekord

Peruda rekord ardınca rekord Peruda son sutka ərzində koronavirusa yoluxanların sayı 6 154 nəfər artıb. Bu, xəstəliyin yayılmağa başlamasından indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub (daha əvvəlki rekord mayın 27-də qeydə alınmışdı – 5 772 nəfər).
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 135 905-ə yüksəlib.
Son 24 saat ərzində daha 195 nəfər COVID-19-un qurbanı olub. Koronavirusdan ölənlərin ümumi sayı 3 983-ə çatıb. 56 169 pasiyent sağalıb.

Tehsil-press.az

Oxşar xəbərlər