Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Reanimasiyadakı xəstələrin sayı açıqlandı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 3-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumata əsasən hazırda ölkədə 4 456 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 259 nəfər reanimasiyada, 62 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 32 684 nəfər virusa yoluxub, 27 760 nəfər sağalıb.
Qeyd olunub ki, bu gün 5 874 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 744 837 test aparılıb.
Qeyd edək ki, bu gün 241 koronavirusa yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib, 647 nəfər sağalıb.

Tehsil-press.az

Oxşar xəbərlər