ABŞ alimlərinin iştirakı ilə xarici dilin distant tədrisinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

ABŞ alimlərinin iştirakı ilə xarici dilin distant tədrisinə həsr olunan beynəlxalq konfrans keçiriləcək Sentyabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Xarici dilin distant tədrisinin təkmilləşdirilməsi imkanları-2020” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək.
Xarici dillər kafedrasının dosenti, ABŞ-ın “Fulbrayt” proqramının məzunu Sevinc Ələkbərzadənin moderatorluğu ilə xarici dil müəllimləri üçün keçirilən beynəlxalq konfransda ABŞ-ın aparıcı universitetlərinin alimləri iştirak edəcəklər. Tədbirdə xarici dilin distant tədrisinin təkmilləşdirilməsi yolları, onlayn mühitdə tədris və öyrətmə, onlayn tədris kontekstində tələbələri cəlb etmə, müasir təhsilalanlar, effektiv dərs kitabları və onlayn tədris mövzularında çıxışlar dinləniləcək, mövzu ilə bağlı müzakirələr aparılacaq.
Beynəlxalq konfrans UNEC-in rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. Konfransın sessiyalarında spikerlərə izləyicilər tərəfindən sual vermək imkanı da yaradılacaq.
Konfransın spikerləri ABŞ Boston kollecinin Linç Təhsil və İnkişaf Məktəbinin xarici dil müəllimi, tədqiqatçı Qram R.Smit, ABŞ İllinoys Dövlət Universitetinin İngilis dili kafedrasının doktorant müəllimi Maryna Teplova, ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun rəhbəri Tasito Kuri, həmin institutun akademik rəhbəri Gizela Kornejo olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər