
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün avqustun 26-dan başlamış imtahanlarda 900-dən çox abituriyent iştirak edib. Onlardan 269-u məqbul qiymət alıb və ərizələrində xüsusi qabiliyyət tələb edən ixtisasları göstərmək hüququ qazanıb.
Bu məlumat Dövlət İmtahan Mərkəzinin həftəlik hesabatında (14-18 sentyabr) əksini tapıb.
Hesabatda bildirilir ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak üçün 5327 abituriyent qeydiyyatdan keçib. Onlardan 1875-i müvəffəqiyyət əldə edib və ixtisas seçiminə buraxılıb.
Tehsil-press.az