Fizika İnstitutunun alimləri Azərbaycanda kvant texnologiyasının inkişafı üzrə tədqiqatlarını davam etdirirlər

Fizika İnstitutunun alimləri Azərbaycanda kvant texnologiyasının inkişafı üzrə tədqiqatlarını davam etdirirlər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun alimlərinin növbəti məqalələri məhşur "Natura Publistinc Group - Quantum Materials" jurnalına qəbul olunub. Bu məqalənin müəllifləri bugünlərdə Dövlət Mükafatı laureatına layiq görülmüş alimlərdir. Həmin məqalə "Nature" jurnalında dərc olunan işlərinin davamıdır və maqnit topoloji izolyatorların təcrübədə istifadəsinə yönəlib. "Natura Publistinc Group - Quantum Materials" jurnalının impakt faktoru 9-dan yuxarıdır.
AMEA Fizika İnstitutunu alimləri akademik Nazim Məmmədov, laboratoriya rəhbərləri Nadir Abdullayev, İmaməddin Əmiraslanov və böyük elmi işçi Ziya Əliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına, əsasən, Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdülər.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutu

Oxşar xəbərlər