Donald Tramp hakimiyyətin ötürülməsi prosesinə başlamağa icazə verib

Donald Tramp hakimiyyətin ötürülməsi prosesinə başlamağa icazə verib ABŞ Prezidenti Donald Tramp öz komandasının üzvlərinə səlahiyyətlərin növbəti administrasiyaya ötürülməsi proseduru ilə bağlı vacib olan işləri görməyi tövsiyə edib.
Birləşmiş Ştatların respublikaçı dövlət başçısı hakimiyyətin demokrat Cozef Baydenə ötürülməsi prosesinə başlamağı tapşırıb. Bununla belə, Tramp mübarizəni davam edəcəyini və qələbəyə inandığını da bəyan edib.
Bir qədər əvvəl Ağ ev administrasiyasının ümumi məsələlər üzrə idarəsi hakimiyyətin ötürülməsi prosesinə başlamağa hazır olduqları barədə Baydeni məlumatlandırıb. Buna qədər isə idarənin rəhbəri Emili Mörfi Donald Trampın öz məğlubiyyətini qəbul etməməsi və Cozef Baydenin qələbəsi ilə bağlı rəsmi məlumatın olmaması səbəbindən lazımi sənədləri imzalamaqdan imtina edirdi.
Qeyd edək ki, noyabrın 23-nə qədər ABŞ ştatlarının hakimiyyət orqanları poçt vasitəsi ilə göndərilən bülletenləri hesablamalı, dekabrın 12-dək hər bir ştat üzrə səsvermənin nəticələri təsdiqlənməli, dekabrın 14-də seçkiçilər kollegiyası üzvlərinin səsverməsi keçirilməlidir. 2021-ci il yanvarın 6-da səsvermənin nəticələr Konqresin hər iki palatasının birgə iclasında təsdiq olunmalı, yanvarın 20-də isə ABŞ-ın yeni prezidentinin inauqurasiya mərasimi baş tutmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər