Tramp Netanyahunu yanvarın 28-i qəbul edəcək

Tramp Netanyahunu yanvarın 28-i qəbul edəcək ABŞ prezidenti Donald Tramp yanvarın 28-i İsrailin baş naziri Binyamin Netanyahu və müxalifət blokunun lideri Beni Qantsı Ağ Evdə qəbul edəcək.
Bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "ABŞ prezidenti Donald Tramp yanvarın 28-i Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək. Beni Qants həmçinin prezidentin Vaşinqtona dəvətini qəbul edib. ABŞ-ı və İsraili yaxın tərəfdaşlıq bağlayır. Baş nazirin səfəri təhlükəsizlik sahəsində ümumi regional və milli maraqları müzakirə etmək üçün bir imkandır".

Tehsil-press.az

Oxşar xəbərlər